Beyləqan rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarının inkişafına dair və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
30 oktyabr 2014-cü il tarixdə Mədəniyyət Sarayında Beyləqan rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarının inkişafına dair və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çüçək dəstələri düzmüşlər.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Prezident Administrasiyasının məsul işçisi cənab Qafar Əliyev, rayon İcra hakimiyyəti başçısı yanında şuranın üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Beyləqan rayonunda 2014-cü ilin 9 ayı ərzində görüləş işlər və qarşıda duran vəzifələr barəsində məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda 2014-cü ilin 9 ayı ərzində fərqlənən fəallara və kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə bir qrup kənd təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim etmişdir.