Şriftin ölçüsü :

Saytın rəngi :

Radio və televiziya işçilərinin peşə bayramı Beyləqan rayonunda qeyd edilmişdir.

06 noyabr 2014 | 16:00

06 noyabr 2014-cü il tarixdə Gənclər Mərkəzində radio və televiziya işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çüçək dəstələri düzmüşlər. Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Azərbaycan radio və televiziya MMC-nin Qarabağ bölgəsinin müdiri Sənan Həsənoğlu, “Azad Azərbaycan”, “Lider”, “Xəzər” televiziyasının nümayəndələri, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və iştirakçıları salamlamış, peşə bayramı  münasibətilə  radio və televiziya işçilərini təbrik etmiş və uğurlar azulamışdır.
Cənab Vaqif Abdullayev bir qrup radio və televiziya işçilərini fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Keçidlər