Konstitusiya günü Beyləqan rayonunda təntənəli qeyd edildi
12 noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Konstitusiya günü münasibətilə tədbir keçirilmişdir.Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər.
Cənab Vaqif Abdullayev çıxış edərək Azərbaycan Respublikasının əsas Qanunu barədə ətraflı məlumat vermiş 12 noyabr 1995-ci il müstəqil Azərbaycanın Konstitusiyasının yaradılmasında Ümummilli liderimiz Heydər Əliyevin böyük əməyini xüsusi qeyd etdi.Ölkəmizdə demokratik, dünyəvi və hüquqi prinsiplərin təmin olunmasında, insan hüquq və azadlıqlarının qorunmasında Konstitusiyanın əhəmiyyətindən ətraflı bəhs etdi.