Beyləqan rayonunda “Hər birimiz Vətən üçün bir əsgərik” devizi altında tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beyləqan rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “ Hər birimiz Vətən üçün bir əsgərik” devizi altında 21 noyabr 2014-cü il tarixdə, Beyləqan şəhər Mərkəzi stadionunda kütləvi vətənpərvərlik tədbiri keçirilmişdir.
Öncə Beyləqan rayonu İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev hərbi hissənin korpus komandirləri, qonaqlar Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Sonra Beyləqan şəhər Mərkəzi stadionunda kütləvi vətənpərvərlik tədbiri Azərbaycan Respublikası Himninin sədaları altında başlanmışdır.
Tədbir ədəbi bədi kompozisiya ilə davam etmişdir.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirmiş və bir sıra əsgər və zabitləri qiymətli hədiyyələrlə mükafatlandırmışdır.