Şriftin ölçüsü :

Saytın rəngi :

Abışov Babək Vaqif oğlunun şəhadətinin 4-cü ildönümü qeyd edilib.

05 noyabr 2024 | 18:15
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Yeni Mil qəsəbə sakini Abışov Babək Vaqif oğlunun ildönümü qeyd edilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə şəhidimizin ildönümü mərasimində iştirak ediblər.
 
Mərasim zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun Vətən Müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub və ruhuna dualar oxunulub.
 
Şəhid ailəsinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
 
Xatırladaq ki, Babək Abışov hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsində çəkib. 2014-cü il yanvar ayında hərbi xidmətin gizirlik kursunu keçib. Aprel döyüşlərində iştirak edib. Vətənə xidmət göstərdiyi müddətdə Fəxri Fərman və medalla təltif olunub. Şəhidimiz ailəli idi, Vaqif və Nuray adlı 2 övladı bizlərə yadigar qalıb.
 
Gizir Babək Abışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəmizdə Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Düşmənin keçilməz üç səngərini yarıb, çox sayda canlı qüvvəsini məhv edib. Postda olarkən erməni təxribatı nəticəsində güllələr altında qalan yaralı yoldaşlarını komandiri ilə birgə çiyinlərinə alaraq mühasirədən çıxarıb. Babək Abışov 27 sentyabrda snayperlə vurularaq şəhid olub. Beyləqan rayonu, Yeni Mil qəbristanlığında dəfn olunub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər