AFFA-nın təşkilatçılığı ilə keçirilən 13 yaşadək futbolçular arasında Respublika çempionatının 1/4 final mərhələsində Aran-Beyləqan komandası növbəti uğurlu çıxışı ilə yadda qalıb.
02 may 2026 | 12:17
Gərgin və maraqlı keçən qarşılaşmada Aran-Beyləqan komandası Turan-Tovuz ilə üz-üzə gəlib. Oyun 4:4 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə əsasən rəqib komanda yarımfinala vəsiqə qazanıb.
Qarşılaşmanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, eləcə də RİH başçısı aparatının nümayəndələri izləyiblər.
Qeyd edək ki, Aran-Beyləqan komandası tarixində ilk dəfə olaraq bu yaş kateqoriyası üzrə Respublika çempionatının 1/4 final mərhələsinə yüksəlməyi bacarıb. Komanda bu uğura gedən yolda İsmayıllı, Şamaxı və Füzuli komandalarını, 1/8 final mərhələsində isə Xan Lənkəran komandasını məğlub edərək nail olub.
Göstərilən nəticə Beyləqan futbolunun inkişafı və gənc istedadların yetişməsi baxımından mühüm nailiyyət kimi qiymətləndirilir. Aran-Beyləqan komandası növbəti illərdə daha böyük uğurlara imza atmaq əzmi ilə çıxışını davam etdirəcək.







