Şriftin ölçüsü :

Saytın rəngi :

Allahyarlı kənd sakinləri ilə səyyar vətəndaş qəbulu keçirilib

25 avqust 2026 | 18:31
25 avqust 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Allahyarlı kəndində səyyar vətəndaş qəbulu keçirilib.
 
Qəbulda Beyləqan rayon prokuroru Eşad Əzimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, ədliyyə qurumlarının rəhbərləri və nümayəndələri də iştirak ediblər.
 
Beyləqan RİH başçısı Əziz Əzizov kənd sakinlərini salamlayaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində əldə olunan mühüm nailiyyətlərdən danışıb. O, dövlətimizin uğurlu daxili və xarici siyasətinin ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Rayon rəhbəri Prezident İlham Əliyevin Özbəkistana son dövlət səfərinin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı, iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 
Əziz Əzizov bildirib ki, vətəndaşlarla yerlərdə görüşlərin keçirilməsi onların müraciət və təkliflərinin birbaşa dinlənilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli baxımından mühüm əhəmiyyət daşıyır. Rayon rəhbəri sakinləri müraciətlərini sərbəst şəkildə səsləndirməyə dəvət edib.
 
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər tərəfindən səsləndirilən məsələlərin hər biri ayrı-ayrılıqda dinlənilərək aidiyyəti üzrə qeydiyyata alınıb, bir sıra müraciətlərə yerində baxılıb və müvafiq qurumların nümayəndələri tərəfindən araşdırılması təmin edilib. Əziz Əzizov müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
 
Səyyar qəbul zamanı sakinlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlərə münasibət bildirilib.
 
Sonda Allahyarlı kənd sakinləri vətəndaş müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasına, əhalinin problemlərinin həlli istiqamətində göstərilən təşəbbüslərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər