Alpaqut üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə Beyləqanlı idmançı da uğur qazanaraq təltif olundu.
05 may 2025 | 09:17
3 May 2025-ci il tarixində Şağan Olimpiya İdman Kompleksində Alpaqut üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirildi. Beyləqan şəhər Ramiz Abbasov adina 4 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Məhərrəmzadə Əli xatirə turnirində 2 medal qazanmişdir. Alpaqut Caymaz sistemi üzrə 2 ci yer, Alpaqut Batur sistemi üzrə 3 yerə layiq görülmüşdür. Mükafatlari Dünya Alpaqut Federasiyasının Prezidenti Jalə Əhmədova təqdim etmişdir.
Qeyd edək ki,Əli Məhərrəmzadə 5 Mart- Bədən tərbiyəsi və idman günü münasibətilə və idman sahəsindəki uğurlarına görə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən də diplomla təltif edilmişdir.
Qazandığı yüksək nailiyyətlərə görə Əli Məhərrəmzadəni,valideynlərini və idman müəllimlərini təbrik edir və Əliyə gələcək idman həyatında yeni-yeni uğurlar arzulayırıq!!