Şriftin ölçüsü :

Saytın rəngi :

Anım Günü ərəfəsində Bahar və Qəhrəmanlı qəsəbələrində şəhid məzarları ziyarət olunub

24 sentyabr 2026 | 16:57
27 Sentyabr – Anım Günü Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu əlamətdar tarix Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə qeyd olunur.
 
Anım Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH başçısı aparatının əməkdaşları rayonun Bahar və Qəhrəmanlı qəsəbələrində şəhid məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub, müqəddəs ruhlarına dualar oxunulub.
 
Şəhidlərimizin qəhrəmanlığı və Vətən uğrunda göstərdikləri fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların əziz xatirəsi daim böyük hörmət və ehtiramla anılacaq.
Keçidlər