Anım Günü ərəfəsində İmamverdili, Qaralılar və Bünyadlı kəndində şəhid məzarları ziyarət olundu.
25 sentyabr 2025 | 11:07
Bu il Azərbaycan xalqının şanlı Zəfərlə başa çatdırdığı Vətən Müharibəsinin 5-ci ildönümüdür. 27 sentyabr – Anım Günü ərəfəsində ölkəmizin hər yerində olduğu kimi, Beyləqanda da şəhidlərimizin müqəddəs xatirəsinə hörmət və ehtiram nümayiş etdirilir. Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızın adı daim uca tutulur.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Elşad Əzimov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, eləcə də RİH başçısı aparatının əməkdaşları Anım Günü münasibətilə növbəti olaraq İmamverdili, Qaralılar və Bünyadlı kəndlərində şəhid məzarları ziyarət ediblər. Ziyarət zamanı Şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyularaq vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi dərin ehtiramla yad edilib.







