Anım Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir
25 sentyabr 2026 | 09:07
27 Sentyabr – Anım Günü ilə əlaqədar Beyləqan rayonunda şəhidlərin məzarlarının ziyarəti davam etdirilir. Rayonun müxtəlif yaşayış məntəqələrində keçirilən ziyarətlər zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsi ehtiramla yad edilir.
Növbəti ziyarətlər zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH başçısı aparatının əməkdaşları tərəfindən rayonun Dünyamallar, İmamverdilər və Qarallar kəndlərində şəhidlərimizin məzarları ziyarət edilib.
Ziyarətlər zamanı şəhidlərin müqəddəs ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub və onların əziz xatirəsi ehtiramla yad olunub.
Şəhidlərimizin göstərdiyi şücaət və Vətən qarşısındakı fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq!







