Anım Günü ərifəsində Qaradağlı, Əmirzeyidli kəndləri və Yeni Mil qəsəbəsində şəhid məzarları ziyarət olundu.
23 sentyabr 2025 | 20:44
27 Sentyabr Azərbaycanın tarixi üçün dönüş nöqtələrindən biri olmuş, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyi Anım Günü kimi qeyd olunur. Hər il bu gün ölkəmizin hər yerində qəhrəmanlarımızın əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilir.
Anım Gününün ərifəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının əməkdaşları ilə birlikdə rayonun Qaradağlı, Əmirzeyidli kəndləri və Yeni Mil qəsəbəsində şəhid məzarlarını ziyarət edərək qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərimizin xatirəsi ölkəmizdə hər zaman uca tutulur və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olaraq qalır. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlarımıza sonsuz minnətdarıq!







