Şriftin ölçüsü :

Saytın rəngi :

Anım Günü ilə əlaqədar şəhid məzarlarının ziyarəti davam etdirilir

26 sentyabr 2026 | 09:37
27 Sentyabr – Anım Günü ilə əlaqədar Beyləqan rayonunda şəhidlərin xatirəsinə həsr olunan tədbirlər və ziyarətlər davam etdirilir.
 
Bu çərçivədə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümmətov və digər aidiyyəti şəxslər Qaradağlı, Əhmədli, Aşıqalılar və Aşağı Çəmənli kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər.
 
Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub. Şəhid ailələrinin nümayəndələri ilə görüşlər keçirilib, onların müraciət və qayğıları dinlənilib.
 
Görüşlərdə şəhidlərin Vətən uğrunda göstərdikləri misilsiz fədakarlığın xalqımız üçün əbədi örnək olduğu vurğulanıb. Qeyd edilib ki, şəhidlərin xatirəsinə göstərilən ehtiram Azərbaycan xalqının Vətənə bağlılığının ifadəsidir və onların qəhrəmanlığı gələcək nəsillərə daim aşılanacaq.
Keçidlər