Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatı şəhidi Həmidli Həmidin ailəsi ziyarət olunub.

06 aprel 2024 | 09:34
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri antiterror əməliyyatları zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Həmidli Həmidin ailəsinə baş çəkiblər.
 
Görüş zamanı şəhidimizin ailə üzvlərinə başsağlığı verildi. Bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu xalqımız üçün əzizdir. Onların ailə üzvlərinə dəstək olmaq, köməklik göstərmək borcumuzdur.
 
Sonda şəhidin yadigar övladlarına hədiyyələr təqdim olunub.
 
Qeyd edək ki, həm 44 günlük Vətən Müharibəsində, həm də şəhidlik zirvəsinə ucaldığı Sentyabrın 19–20-də Qarabağda keçirilən antiterror əməliyyatları zamanı Həmid Həmidli saysız igidliklər göstərib. Qəhrəmanımız döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Keçidlər