Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatları şəhidlərinin məzarları ziyarət olunub.

20 sentyabr 2025 | 10:27
Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün təmin olunması məqsədilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatlarının ikinci ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Elşad Əzimov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH başçısı aparatının əməkdaşları Bahar, Milabad qəsəbələrində və Birinci Şahsevən kəndində şəhidlərin məzarlarını ziyarət ediblər.
 
Ziyarət zamanı həm antiterror əməliyyatları, həm də Vətən Müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.
 
Şəhid ailələri ilə görüşən icra başçısı Əziz Əzizov onların qayğı və problemləri ilə maraqlanıb, bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin igidliyi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. RİH başçısı vurğulayıb ki, həm Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında göstərilən qəhrəmanlıq Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Şəhidlərin xatirəsinin daim uca tutulacağı və ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı qeyd edilib.
 
Şəhid ailələri öz növbəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər