Aprel döyüşləri şəhidi Şahin Cavadzadənin məzarı ziyarət olundu
04 aprel 2025 | 14:56
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısının alınması zamanı Beyləqan rayonundan olan Şahin Cavadzadə son damla qanına qədər savaşaraq şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri idi.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın məsul nümayəndələri , şəhidin ailə üzvləri, qazilər və veteranlar ilə birlikdə şəhər qəbiristanlığında Şahin Cavadzadənin məzarını ziyarət edərək ailəsinə baş sağlığı vermişdir.
Qeyd edək ki, Şahin Cavadzadə 1994-ci ildə Beyləqan rayonunun Bolsulu kəndində anadan olub. 2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xidməti dövründə, 2014-cü ilin iyul ayından Xüsusi Təyinatlı Qüvvələrdə Gizir kimi fəaliyyətə başlamışdır.
Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı.
Şahin Cavadzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.