Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 30-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.

30 aprel 2025 | 16:08
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinlərinin, şöbə müdirlərinin, idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, vətəndaşları fərdi qaydada dinləyib, onları narahat edən məsələlərlə yaxından maraqlanıb.
 
Görüşdə vətəndaşların müraciətləri ilə bağlı hüquqi əsaslar izah olunub, eləcə də həlli İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələlər üzrə görüləcək işlər barədə məlumat verilib. Bəzi müraciətlər üzrə isə aidiyyəti dövlət qurumlarına yönləndirilmələri tövsiyə edilib və bununla bağlı zəruri istiqamətlər göstərilib.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər