Şriftin ölçüsü :

Saytın rəngi :

Atasının adını daşıyan Şəhid övladının doğum günü qeyd edildi.

23 yanvar 2025 | 21:45
44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri şəhid Mikayılzadə Mikayılın övladının bu gün doğum günü qeyd edilib.
 
Beyləqan şəhərində şadlıq saraylarının birində qeyd edilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev də iştirak edib.
 
4 yaşı tamam olan şəhid əmanəti balaca Mikayılı təbrik edən Heybət Əliyev rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib. Heybət Əliyev dövlətimizin başçısı Prezident İlham Əliyevin göstərişləri əsasında dövlətimiz, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
 
Şəhidin ailə üzvləri şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onu tək qoymadıqları və təbrik etdikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib.
Keçidlər