Avqustun 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qasımov Faiq Mayıl oğlunun anasının vəfatı ilə əlaqədar ailəsini ziyarət edib.
21 avqust 2025 | 14:47
Bolsulu qəsəbəsində şəhid ailəsinə ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının sədri, RİH başçısı aparatının məsul əməkdaşları da iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, onların dərdinə şərik olaraq mənəvi dəstəyini ifadə etmişdir. Şəhidlərimizin Vətən yolunda göstərdikləri şücaət unudulmur, xatirəsi hər zaman uca tutulur-deyən rayon rəhbəri onların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad olunduğunu, ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Şəhidin ailəsi göstərilən bu diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Onlar qeyd etmişlər ki, ölkə rəhbərliyinin və rayon rəhbərliyinin davamlı diqqəti, göstərilən dəstək və qayğı onların üzləşdikləri çətinliklərin yüngülləşməsinə, həm də mənəvi cəhətdən güclənmələrinə böyük dayaq olur.
Allah Rəhmət eləsin!







