Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ayrılmış texnikalarla əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində rayonda tədbirlər davam etdirilir.

17 avqust 2024 | 11:47
Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev daim Meliorasiya və Su Təsərrüfatı sahəsini diqqət mərkəzində saxlayır. Belə ki, kənd təsərrüfatı sahələrində meliorativ vəziyyətin yaxşılaşdırılması üçün yeni texnikalar alınaraq rayonlara verilir. Bunun nəticəsi olaraq respublikanın mühüm kənd təsərrüfatı rayonlarından olan Beyləqan rayonunda tələbat nəzərə alınaraq Suvarma Sistemləri İdarəsinə 1 ədəd Doosan markalı təkərli torpaqqazan ekskavator ayrılmışdır.
Hal-hazırda bu ekskavator vasitəsi ilə Kəbirli kəndində suvarma kanallarında lildən təmizləmə işləri aparılır. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Beyləqan zəhmətkeşləri onlara ayrılan diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər