Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Beyləqanda vətəndaşları qəbul edib.
22 iyul 2025 | 20:02
Əvvəlcə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Beyləqan rayonunun mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra sədr Zaur Mikayılov Beyləqan rayonunda yerləşən Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Beyləqan, Füzuli, Xocavənd və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.







