Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Mədəniyyətinin və Beyləqanın inciləri” adlı tədbir keçirilib.

12 iyul 2023 | 14:59
11 iyul 2023-cü il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Niyazi adına Uşaq Musiqi Məktəbinin dəstəyi ilə Mədəniyyət Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının xanəndəlik nominasiyası üzrə qalibi Mirəli Fəqan oğlu Sarızadə ilə görüş keçirilib.
 
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini, aparatın əməkdaşları, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar şurasının sədri, AYB Beyləqan rayon şöbəsinin üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının l Vitse Prezidenti , Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən respublikamızda musiqi sənətinə, xüsusilə muğama göstərilən diqqət və qayğıdan, bütün bunların sayəsində istedadlı gənclərin üzə çıxarılmasından, Mirəli Sarızadənin qazandığı çoxsaylı uğurlardan ətraflı bəhs edib və qazandığı uğurlar münasibəti ilə onu təbrik ediblər.
 
Sonda 4-cü, 5-ci və 8-ci televiziya muğam müsabiqəsinin qalibləri və laureatlarının; Məhəbbət Səfərovun, Rüstəm Rüstəmzadənin, Sadiq Zeynallının və tədbirin səbəbkarı Mirəli Sarızadənin ifasında xalq mahnıları və muğamlar təqdim olunub.
Keçidlər