Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunun baş leytenantı, şəhid Mahir Qərib oğlu Dadaşzadənin xatirəsi anılıb.

01 sentyabr 2023 | 21:48
01 sentyabr 2023-cü il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət idarəsi Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun baş leytenantı, şəhid Mahir Qərib oğlu Dadaşzadənin doğum günü ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun idarə, müəssisə, təşkilatlarının və mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Dövlət Himninin səsləndirilməsi və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Leytenantı, şəhid Mahir Qərib oğlu Dadaşzadənin şərəfli döyüş və ömür yolundan söhbət açıb, xalqımızın Mahir kimi mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini bildirib.
 
Qeyd olunub ki, Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, şəhid Mahir Dadaşzadənin də döyüşlərdə göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, orden və medallarla təltif edilibdir.
 
Tədbirdə iştirak edən gorkəmli aktyor Müdhət Aydının ifasında Xalq şairi Nəriman Həsənzadənin şəhidimizə həsr etdiyi “Qəriblərin Əmanəti” poeması, məktəblilərin ifasında isə qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib.
 
Sonda şəhid Mahir Dadaşzadənin valideyinləri və həyat yoldaşı çıxış edərək oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını bildirib.
Keçidlər