Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Polisi Günü münasibətilə Milli Qəhrəman Akif Əkbərovun büstü ziyarət olunub

03 iyul 2025 | 08:45
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Beyləqan rayonunda Azərbaycanın Milli Qəhrəmanı, polis əməkdaşı Akif Əkbərovun büstü ziyarət edilib.
 
Ziyarət zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri milli qəhrəmanın əziz xatirəsini ehtiramla yad edib, büstünün önünə gül dəstələri düzərək onun Vətən qarşısındakı xidmətlərini hörmətlə anıblar.
 
Qeyd edək ki, Milli Qəhrəman Akif Əkbərovun həyat yolu və xidməti fəaliyyəti Azərbaycan polisinin fədakar və şərəfli tarixinin parlaq nümunəsidir. Onun göstərdiyi qəhrəmanlıq bugünkü hüquq-mühafizə orqanları əməkdaşları üçün örnək kimi dəyərləndirilir.
Keçidlər