Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində Beyləqan rayonunda da təkminləşdirilmiş şəhərsalma planlarını, o cümlədən idman obyektlərini və parkları təşviq etmək məqsədi ilə mövcüd parklarda, idman obyektləri və məktəblərdə bir sıra işlər görülüb.

25 oktyabr 2023 | 14:42

Cari ildə Beyləqan şəhər 8 nömrəli tam orta məktəb, Dünyamalılar kənd tam orta məktəb və Kəbirli kənd tam orta məktəbində idman qurğuları əsaslı təmir olunmuş və gənclərin istifadəsinə verilmişdir.


Beyləqan şəhərinin Sərdar İmrəliyev küçəsində yeni “Nəsimi” parkı salınmış, küçəboyu 2100 metr uzunluğu olan parkda bardürlər düzülmüş, müasir işıqlandırma sistemi, oturacaqlar və zibil qutuları quraşdırılmış, yaşıllıqlar salınmışdır.


Beyləqan rayonu Şəfəq qəsəbəsi ərazisində yeni parkın əsası qoyulmuş, 373 zeytun, 100 xan çinarı, 100 tuya ağacı, 40 ədəd alyandra, eldar şamı və sərv ağacları əkilib. Parkın inşası ilə bağlı işlər davam edir.


Həmçinin son 1 il ərzində Beyləqan şəhərinin bir çox küçələrində, parklarda və məhəllələrdə küçə işıqlandırması bərpa olunmuş, həmin ərazilərdə ağaclar əkilərək əlavə yaşıllıq zonası salınmışdır.

Keçidlər