Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Beyləqan rayonunu təmsil edəcək uşaqlara iştirakçı vərəqələri təqdim edilib.

21 noyabr 2024 | 14:35
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Beyləqan rayonunu təmsil edəcək uşaqlarla Rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirilib, iştirakçı vərəqələri təqdim olunub.
 
Forumda şəhərimizi 2 nömrəli tam orta məktəbin şagirdi Mirzəzadə Nigar Elton qızı və 1 nömrəli tam orta məktəbin şagirdi Həsənli Cavid Eldəniz oğlu təmsil edəcəklər.
 
Ölkəmizin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş tutacaq Forum zamanı iştirakçılar 7 mövzu üzrə qruplaşaraq müzakirələr aparacaq, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayacaq və əsaslandırılmış təkliflərlə çıxış edəcəklər.
Keçidlər