Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” adlı tədbir keçirilib.

04 may 2023 | 17:07
Beyləqan Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Millət vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, YAP idarə heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Hidayət Cəfərov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbir rayon Mədəniyyət Mərkəzində davam edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.
Tədbiri YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib,
Daha sonra çıxış edən rəsmilər Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev, Millət vəkili Tahir Rzayev, professorlar Elnur Sadıqov, Hidayət Cəfərov və digərləri vurğulayıblar ki, bu gün Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan öz Ümummilli Liderinin anadan olmasının 100-ci ildönümünü möhtəşəm tarixi Qələbə fonunda qeyd edir və hər gün yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.
Sonda rayon təşkilatında səmərəli fəaliyyətinə görə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə aralarında Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fatma Xıdırlı da olmaqla fərqlənən bir qrup partiya fəalına, YAP Beyləqan rayon təşkilatının fəxri fərmanları və partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Keçidlər