Azərbaycanın yunan-Roma güləşçisi, əslən Beyləqanlı Eldəniz Əzizli Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
30 oktyabr 2024 | 16:00
55 kiloqramda mübarizə aparan idmançı həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşıb.
Rəqibinə xalların keyfiyyətinə görə qalib gələn E.Əzizli dördüncü dəfə dünya çempionu olub. O, daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilən dünya çempionatlarında qızıl medal qazanıb.
Qeyd edək ki, Eldəniz Əzizli Beyləqanlıdır və rayonumuzun fəxridir!
İdmançımızı qazandığı qələbə münasibəti ilə təbrik edir və uğurlar arzulayırıq!!