Bahar və Qəhrəmanlı qəsəbəsində şəhid məzarları və onların ailələri ziyarət olunub.
11 iyul 2024 | 16:35
Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Vitse prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ziyarət zamanı şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunub.