Şriftin ölçüsü :

Saytın rəngi :

Baharabad qəsəbəsində səyyar qəbul-görüş keçirilib

18 avqust 2026 | 18:34
Beyləqan rayonunda vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və qaldırılan məsələlərin operativ həlli məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Baharabad qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
 
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinləri salamlayaraq rayonda sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Kənd təsərrüfatının inkişafı, infrastrukturun yaxşılaşdırılması, abadlıq və quruculuq işləri, eləcə də əhalini narahat edən məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
 
Bildirilib ki, vətəndaş müraciətlərinə operativ baxılması, qaldırılan problemlərin yerində öyrənilməsi və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da diqqətdə saxlanılacaq.
 
Səyyar qəbul zamanı qəsəbə sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndirib, onları narahat edən problemləri diqqətə çatdırıblar. Qaldırılan məsələlərin bir qismi ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən izahat verilib, digər müraciətlər isə araşdırılması və həlli üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə regionlarının, o cümlədən Beyləqan rayonunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri yüksək qiymətləndiriblər.
 
Keçidlər