Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Gənclər Evinin "Ordun varsa, Yurdun var!"layihəsi çərçivəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Mehtili Eşqin Tərlan oğlunun ailəsi ilə görüş təşkil edilib.

11 aprel 2023 | 19:00
Tədbirdə şəhidin ailə üzvləri və yaxınları, qazilər, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin Abşeron rayon şöbəsinin üzvləri, Beyləqan rayon üzrə Qarabağ veteranları və əlilləri cəmiyyətinin sədri Rövşən Namazəliyev, şəhidin təhsil aldığı məktəbin şagird və müəllim kollektivi, Şəhid ailələrinə qayğı cəmiyyətinin sədri Sabit Mehdiyev,"Quruluş"qəzetinin redaktoru şair publisist Elman İsrafiloğlu, rayon gəncləri , Beyləqan Gənclər Evinin direktoru Marat Əsgərov və kollektivi olmaqla 120 nəfər iştirak etdi.
 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Heybət Əliyev çıxış edərək, ailəyə dərin hüznlə baş sağlığı vermiş, dövlətimizin hər zaman torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələri,qazi və müharibə veteranlarının yanında olacağını, onlara daim dəstək göstərəcəyini vurğulamışdır.
 
Şəhid Mehtili Eşqinin təhsil aldığı məktəbin müəllimləri Eşqinin uşaqlıq illərindən vətəninə, millətinə, ailəsinə bağlı şəxsiyyət olaraq yetişdiyini vurğuladılar. Eşqin kimi vətənpərvər gənclərin müəllimi olduqları üçün fəxr etdiklərini bildirdilər.
 
Daha sonra məktəbin şagirdləri Eşqinin xatirəsinə həsr olunmuş şeir kompozisiyası səsləndirdilər.
 
Tədbirdə şəhid Eşqin Mehtili haqqında hazırlanmış videoçarxlar nümayiş olundu.
Keçidlər