Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan məktəblərində “Bilik Günü” qeyd olunub

15 sentyabr 2026 | 12:51
15 Sentyabr – Bilik Günü münasibətilə Beyləqan rayonunun ümumtəhsil müəssisələrində yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbirlər keçirilib.
 
Rayonun bütün ümumtəhsil müəssisəsilərində keçirilən tədbirlərdə Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edərək RİH başçısı Əziz Əzizovun Bilik Günü münasibətilə təbriklərini məktəb kollektivlərinə və şagirdlərə çatdırıblar. Həmçinin Mil-Muğan Regional Təhsil İdarəsinin məsul əməkdaşları və RİH başçısının müavini məktəbləri ziyarət edib, təlim-tədris prosesi ilə tanış olublar.
 
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının təbrikini məktəb kollektivlərinə çatdıran nümayəndələrin çıxışlarında bildirilib ki, bilik, elm və təhsil insanın şəxsiyyət kimi formalaşmasında və gələcək həyat yolunun müəyyənləşməsində mühüm rol oynamaqla yanaşı, dövlətin inkişafını və cəmiyyətin tərəqqisini şərtləndirən əsas amillərdəndir.
 
Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Azərbaycanda təhsil sahəsində genişmiqyaslı və ardıcıl tədbirlər həyata keçirilir. Ölkənin ən ucqar yaşayış məntəqələrində belə şagirdlərin keyfiyyətli təhsil alması üçün müasir şərait yaradılır, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir.
 
Bu istiqamətdə Beyləqan rayonunda da mühüm işlər görülür. Belə ki, rayon ərazisində 8 modul tipli məktəbin və 2 məktəbin yenidən tikintisinə başlanılıb. Həyata keçirilən bu layihələr şagirdlərin daha əlverişli və müasir təhsil mühitində təhsil almasına xidmət edir.
 
Tədbirlərdə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
 
Bilik Gününün yaratdığı xoş ovqatla məktəblərdə yeni tədris ilinə start verilib, müəllim və şagird kollektivlərinə qarşıdakı tədris ilində əzmkarlıq, uğurlar və yüksək nailiyyətlər arzulanıb.
Keçidlər