Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan məktəblərində “Son zəng” sədaları səsləndi

13 iyun 2026 | 15:50
Beyləqan rayonunun ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib. Məzunların həyatında xüsusi əhəmiyyət daşıyan bu əlamətdar gündə onların sevincini bölüşmək, gələcək həyat yollarında uğurlar arzulamaq məqsədilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən məktəblərdə təşkil olunan tədbirlərdə geniş iştirak təmin olunub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun məzunlara ünvanladığı təbrik məktubu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən rayonun ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirlərində səsləndirilib.
 
Səmimi və yaddaqalan ab-havada keçən tədbirlərdə müəllimlər, valideynlər və məzunlar məktəb illərinin xoş xatirələrini bir daha yada salıblar. Kövrək duyğular və sevinc dolu anlarla müşayiət olunan “Son zəng” mərasimləri məzunların həyatında yeni bir mərhələnin başlanğıcı kimi yadda qalıb. Məktəblə vidalaşan gənclər gələcəyə böyük ümid, inam və yüksək hədəflərlə qədəm qoyublar.
Keçidlər