Beyləqan məktəblərində “Son zəng” tədbirləri qeyd olunub.
14 iyun 2023 | 11:09
14 iyun 2023-cü il tarixdə Beyləqan rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olunub.
Beyləqan şəhər 3 saylı tam orta məktəbdə də keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, rayonun Hüqüq Mühafizə orqanlarının rəhbərləri, valideynlər, müəllimlər və şagirdlər iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev çıxış edərək məzunlara müvəffəqiyyətlər arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən rayon rəhbəri onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
Beyləqan rayon prokuroru Ramazan Hadıyev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev və digərləri çıxış edərək 11-ci sinifi bitirən şagirdləri və onların valideyinlərini təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.
Ümumilikdə rayonun bütün təhsil müəssisələrində baş tutan “Son zəng” tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.