Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda növbəti tədbir keçirilib.

02 avqust 2023 | 09:53
01 avqust 2023-cü il tarixdə Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibəti ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Beyləqan rayon təşkilatının nümayəndələri, rayon Ağsaqqallar Şurasının üzvləri, Respublika Fənn Olimpiadasının gümüş medalçıları, Təhsil, Səhiyyə və Mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər bu günün yaranma tarixindən, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına hər zaman böyük qayğı ilə yanaşmasından geniş bəhs ediblər. Bildirilib ki, Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlanın vətəndaşlıq borcudur.
 
Tədbirdə məktəblilər Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
 
Sonda Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika fənn olimpiadasının gümüş medalçıları və digərləri Diplom və Təşəkkürnamə ilə təltif olunublar.
Keçidlər