Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş keçirmişdir.

08 avqust 2024 | 19:16
08 avqust 2024-cü il tarixdə icra başçısı Ə.Əzizov Beyləqan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binası ilə tanış olmuş, tibb işçiləri ilə görüşmüşdür.
 
Görüşdə icra başçısının müavini Yeganə Məmmədova və aparatın şöbə müdiri Heybət Əliyev də iştirak etdi.
 
Əvvəlcə xəstəxananın həyətində şəhid Mahir Dadaşzadənin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilib, üzərinə gül dəstələri düzülmüşdür.
 
Rayon rəhbəri Mərkəzi Xəstəxanada olarkən orada yaradılan şəraitlə yaxından tanış olmuş, şöbələr və palataları gəzərək həkim və tibb bacılarının iş şəraiti, xəstələrə yaradılan şəraitlə bağlı məlumat almışdır. Daha sonra xəstəxananın akt zalında səhiyyə işçiləri ilə görüş keçirən icra başçısı mövcud vəziyyəti müzakirə etmiş, çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələr vermişdir.
 
Beyləqan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Bayram Muradov xəstəxanada tibbi xidmətin təşkilindən ətraflı danışmış, xəstəxananın ümumi olaraq 1 RMX-dan, 1 Mərkəzi ASM-dən, 2 işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ASM-dən, 5 kənd ASM-dən, 13 həkim məntəqəsindən, 18 kənd tibb məntəqəsindən ibarət olduğunu qeyd etmişdir. Direktor rayon və qonşu rayonlarının sakinlərinə yüksək tibbi xidmətin göstərilməsi üçün lazımı şəraitin və tibbi heyətin olduğunu bildirmişdir.
 
Daha sonra Ə.Əzizov Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə səhiyyə sisteminin inkişafından söz açmış, yeni-yeni tibb ocaqları və xəstəxanaların açılmasının bu inkişafa əsas sübut olduğunu bildirmişdir.
 
Sonda icra başçısı tibb işçilərinə vətəndaşların qayğıları ilə yaxından məşğul olmağı tövsiyə etmiş, işlərində uğurlar arzulamışdır.
Keçidlər