Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov Yuxarı Kəbirli kəndində səyyar qəbul keçirib.
05 avqust 2025 | 18:07
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin araşdırılması və operativ şəkildə həll olunması məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar görüşü 5 avqust 2025-ci il tarixində Yuxarı Kəbirli kəndində keçirilib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri kənd sakinlərini salamlayaraq, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdən bəhs edib. O, vətəndaşların sosial problemlərinin daim diqqət mərkəzində saxlanıldığını və səyyar görüşlərin əsas məqsədinin bu məsələlərin birbaşa yerində dinlənilərək həllinə nail olunması olduğunu vurğulayıb.
Səyyar qəbul zamanı kənd sakinlərinin səsləndirdikləri müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə və qurumlara müvafiq tapşırıqlar verilib.
Görüşün sonunda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.







