Beyləqan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Qaradağlı kəndində keçirilib.
09 dekabr 2025 | 19:54
Vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinin operativ şəkildə araşdırılması və problemlərinin həlli məqsədilə rayonun müxtəlif yaşayış məntəqələrində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul dekabrın 9-da rayonun Qaradağlı kəndində keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə, hüquq-müdafiə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırdılar.
Səyyar qəbul zamanı sakinləri maraqlandıran bu və digər məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və RİH başçısı Əziz Əzizov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.







