Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Şərq qəsəbəsində keçirilib.

16 dekabr 2025 | 17:47
16 dekabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Beyləqan rayonu Şərq qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilib.
 
Qəbulda RİH başçısıyla birlikdə hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak ediblər.
 
Görüş ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Səyyar qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyi tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin sosial problemlərinin yerində öyrənilməsi və operativ həlli istiqamətində verilən tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanıldığını bildirib.
 
Səyyar qəbul zamanı vətəndaşların məşğulluq, sosial təminat, infrastruktur, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan problemlərin bir qismi yerində həll edilib, digərlərinin araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
 
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər