Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının səyyar vətəndaş qəbulları davam etdirilir

02 aprel 2026 | 17:47
2 aprel 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Aşağı Çəmənli kəndində səyyar vətəndaş qəbulu keçirib.
 
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
 
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. O, eyni zamanda rayonda həyata keçirilən infrastruktur layihələri, yol-təmir və abadlıq işləri, su və elektrik təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən işlər, həmçinin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, həyata keçirilən bütün layihələrin əsas məqsədi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır.
 
Daha sonra kənd sakinləri tərəfindən müxtəlif məzmunlu müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər