Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
23 dekabr 2025 | 11:33
Belə ki, Beyləqan şəhəri M.Əsədov küçəsindən S.İmrəlliyev küçəsinə çıxan hissədə uzun müddət yararsız vəziyyətdə olan yol sahəsində asfaltlanma işləri aparılıb. Görülən işlər nəticəsində ərazidə yaşayan sakinlərin və nəqliyyat vasitələrinin hərəkəti xeyli asanlaşdırılıb, ümumi abadlıq səviyyəsi yüksəldilib.
Qeyd edək ki, aparılan abadlıq və quruculuq işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.







