Beyləqan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın iclası keçirilib
5 fevral 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın iclası keçirilib.
Tədbirdə Beyləqan RİH başçısının birinci müavini Telman Məstanov, RİH başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova və şuranın üzvləri iştirak edib.
Keçirilən iclasda şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumatlar dinlənilib, cari məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə şura üzvlərinə məlumat verilib.
Şura sədri Etibar İmanov çıxış edərək dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb.
Şura sədri E.İmanov şura üzvlərinə cari fəaliyyət planı üzrə vətəndaşlar, şəhid ailəsi üzvləri və qazilərlə görüşüb, onların müraciətlərini dinləyib və həmin müraciətlərlə bağlı dəstək göstəriləcəyi, müraciətlərin aidiyatı qurumlara yönləndiriləcəyi bildirilib.
Sədr müavini Sabit Meydiyev iclas iştirakçılarına əvvəlki iclasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışdı və qeyd etdi ki, iclasda qaldırılmış problemlər, verilən təkliflər rəsmi şəkildə icra hakimiyyətinə təqdim ediləcəkdir.
Şura üzvü Mehman Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəcnamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə Həmrəylik ili” elan olduğunu nəzərə alaraq fəaliyyət planının genişləndirilməsi və Tədbirlər planından irəli gələn vəzifələrin rayon ərazisində yerinə yetirilməsinə nəzarətin vacibliyini qeyd edib.