Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair

18 iyul 2022 | 10:53

E L A N

Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlüyünə namizəd irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 18.07.2022-ci il tarixdən 18.08.2022-ci il tarixədək Beyləqan Rayon İcra Hakimiyyətində yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.

Müraciətə namizədlərin əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
2. Namizədin tərcümeyi-halı;
3. Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
4. Namizədin təhsil və İctimai iştirakçılıqla bağlı təcrübəyə malik olmasını sübut edən sənədləri təqdim etməsi arzuolunandır (diplom, sertifikat).

Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. (Müraciət forması posta link şəklində əlavə olunur.)
Sənədlər Beyləqan Rayon İcra Hakimiyyətinə elektron poçt (mail@beyleqan-ih.gov.az) vasitəsilə və ya şəxsən təqdim olunmalıdır.
Əlaqə telefonu: 22-51-8-53

https://docs.google.com/document/d/13BBqH2-6KGG42z6sV440XOF5KY8FLqG_/edit?usp=sharing&ouid=108326469045993993695&rtpof=true&sd=true 

 

Keçidlər