Beyləqan Rayon İcra Hakimiyyətində 11.06.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib.
11 iyun 2025 | 13:25
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iyunun 11-də icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri və aidiyyəti dövlət qurumlarının rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı sakinlərin müxtəlif sahələrlə bağlı müraciətləri dinlənilib.
RİH başçısı Əziz Əzizov hər bir müraciətə diqqətlə yanaşaraq, qarşıya çıxan problemlərin mövcud qanunvericilik çərçivəsində operativ və şəffaf şəkildə həll olunması üçün aidiyyəti strukturlara müvafiq tapşırıqlar verib.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, səsləndirdikləri müraciətlərin dərhal araşdırılaraq müvafiq tədbirlərin görülməsinə görə razılıqlarını ifadə edərək yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







