Beyləqan Rayon İcra Hakimiyyətində COP29-la bağlı qərargah yaradılıb.
04 noyabr 2024 | 16:35
2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcəkdir.
Bununla əlaqədar Beyləqan rayon İcra Hakimiyyətinin başçısının yanında hüquq mühafizə orqanları, "Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru,Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin rayon üzrə rəhbərləri və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-nin direktorundan ibarət xüsusi qərargahlar yaradılmış, “qaynar xətt”(0212251118) və fasiləsiz növbətçilik sistemi təşkil edilmişdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində rayonda aidiyyatı məsələlərin müzakirəsi məqsədilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rəhbərliyi ilə müşavirə keçirilib.Rayonda həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyəti və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması istiqamətində mövcud vəziyyət müzakirə olunmuş mühüm tapşırıqlar verilmişdir.