Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

31 iyul 2024 | 19:56
31 iyul 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu həyata keçirib.
 
Aparat nümayəndələrinin də iştirakı ilə ümumilikdə 74 nəfər vətəndaş qəbul edilərək, onları narahat edən məsələlərə aydınlıq gətirilib, müraciət və təkliflərini dinlənilib.
 
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
 
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər