Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir
14 avqust 2024 | 22:04
14 avqust 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Əziz Əzizov növbəti vətəndaş qəbulu keçirib.
Aparat nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümumilikdə 62 nəfər vətəndaş qəbul edilərək, onları narahat edən məsələlərə aydınlıq gətirilib, müraciət və təklifləri dinlənilib.
Qəbulda vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən müxtəlif məsələlər isə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.