Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətində Vətən Müharibəsində zəfərimizə həsr olunmuş tədbir keçirildi.

17 mart 2023 | 20:31
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən vətən müharibəsində rəşadətli Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edilib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olundu. Bu qələbənin qazanılmasında könüllülərimizin də xüsusi xidmətləri olmuşdur. 17 mart 2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin iclas zalında əksəriyyəti veteranlar və qazilər olmaqla Vətən mübaribəsində arxa cəbhədə xidmət edən könüllülərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və aparatın məsul işçiləri iştirak etmişdir. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Cənab Asif Ağayev çıxış edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuz misilsiz şücaət göstərmiş Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində böyük qələbə əldə etmişlər. A.Ağayev çlxışında Beyləqan rayonunun cəbhə bölgəsində yerləşməsi səbəbindən Vətən müharibəsində Respublikanın digər rayonlarında nisbətən daha çox şəhid verdiyini, qazi və müharibə veteranının sayına görə fərqləndiyini bildirdi. İcra başçısı qazanılan qələbədə arxa cəbhədə fədakarlıq göstərən- şəhidlərimizin dini qaydalara uyğun dəfninin təşkili, Mərkəzi Xəstəxanada yaralıların qayğısına qalınması, eləcə də ordumuza dəstək göstərilməsində xüsusi xidmət göstərən beyləqanlıların rolunu xüsusi qeyd etdi.
 
Rayon prokuroru Ramazan Hadıyev, Ağsaqqallar şurasının sədri Etibar İmanov və Rövşən Namazəliyev ilk öncə tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Vətən müharibəsində arxa cəbhədə göstərdikləri fədakarlıqlara görə onlara öz minnətdarlıqlarını bildirmişlər. Vətən müharibəsi qazisi Orxan Həsənov çıxış edərək şəhid ailələri və qazilərə qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
 
Tədbirin yekununda Vətən müharibəsində fədakar əməyinə və arxa cəbhədə xidmətlərinə görə 32 nəfər könüllü "Təşəkkürnamə"ilə təltif olundu.Sonda kollektiv xatirə şəkli çəkildi.
Keçidlər