Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinə təyin olunmuş yeni başçı Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi.

09 iyul 2024 | 15:02
Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı təyin edilmiş Əziz Əzizov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən 09 iyul 2024-cü il tarixdə kollektivə təqdim edildi.
 
Təqdimatdan sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, abidə önünə tər gül-çiçək dəstələri qoyaraq dahi liderə öz ehtiramını bildirdi.
Keçidlər