Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin aparatında çalışan dövlət qulluqçuları ilə görüş keçirilib

02 iyul 2026 | 10:48
Beyləqan Rayon İcra Hakimiyyətinin aparatında çalışan dövlət qulluqçuları ilə Dövlət qulluqçularının peşə bayramı münasibətilə görüş keçirilib. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon nümayəndəliyi tərəfindən təşkil olunan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın dövlət qulluqçuları və həmkarlar ittifaqının nümayəndəsi Elvin Məmmədov iştirak ediblər.
 
Həmkarlar ittifaqının nümayəndəsi Elvin Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, iş qrafikinin intensivliyi nəzərə alınmaqla görüşün bu tarixdə təşkil olunduğunu bildirib. O, dövlət qulluqçularının ölkədə həyata keçirilən dövlət idarəçiliyi siyasətinin uğurla icra olunmasında, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsində və cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını vurğulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon nümayəndəsi Elvin Məmmədov tərəfindən dövlət qulluqçularının peşə bayramı münasibətilə hədiyyələr təqdim olunub.
 
Tədbirin sonunda çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın əməkdaşı Elman Süleymanov və digər natiqlər Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı tərəfindən dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Natiqlər Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu əmin ediblər ki, bundan sonra da üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət hissi ilə, layiqincə yerinə yetirəcək, dövlətə və vətəndaşlara sədaqətlə xidmət edəcəklər.
Keçidlər